27 iyun 2024
80

Daşkəsəndə həbs olunan məmurlar SƏRBƏST BURAXILIB - İDDİA

Daşkəsəndə həbs olunan məmurlar SƏRBƏST BURAXILIB
Bir neçə gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilən Daşkəsən rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov sərbəst buraxılıb.

Bu barədə Gununsesi.info-ya prokurorluq orqanlarındakı mənbə bildirib.

Məlumatda deyilir ki, həmin şəxslər barəsində cinayət işi açılsa da onlar polis nəzarətinə verilib.