10 iyun 2024
100

Müştərisi `Umico`nun reklamını İFŞA ETDİ - FOTOFAKT

Müştərisi `Umico`nun reklamını İFŞA ETDİ
"Notbukun köhnəlib və ya daha güclüsünü axtarırsan?
Sənə əjdaha təklifimiz var!
Daxil olursan umico.az saytına/tətbiqinə, aylıq ödənişi 26.67 AZN-dən başlayan, ürəyin istəyən Lenovo notbukunu seçirsən.
Onu Birbank kartı ilə Umico Market-dən 18 ayadək faizsiz taksitlə alırsan, biz də düz ünvanına çatdırırıq..."

Müştərisi `Umico`nun reklamını İFŞA ETDİ

Yəqin ki, "Umico"nun bu reaklam mətni sizin də rastınıza çıxıb. Dia-az.İnfo bildirir ki, sosial şəbəkələrdə geniş şəkildə təbliğ olu8nan bu reaklam mətninin əslində bir müştəri aldatmacası, növbəti şirkət hiyləsi olduğu üzə çıxıb. Bu barədə elə "Umico" müştərilərindən biri fikrini təqdim edərək, məsələnin mahiyyətini digər müştərilər üçün də açıb.

Müştərisi `Umico`nun reklamını İFŞA ETDİ

Dia-az.İnfo olaraq Afiq Məmmədyarov adlı müştərinin reklam mətninə olan iradını təqdim edirik: "Mən Sizin etdiyiniz kampaniya ilə linkə girib sona qədər qeydiyyatdan kecdim və orda birbankla bağlı mənə hec bir təklif verilmədi,nıticədə bankın əməkdaşı əlaqə saxlayıb bildirdi ki, aylıq odənişlərin 26.67 deyil 35.50 olmasının səbəbi bank yox UMİCO təsdiq edir..işin məntiqsiz qurulması da buradan xəbər verir..."

Qeyd edək ki, bu şərhə "Umico"-dan rəsmi qaydada şağıdakı cavab verilib: "Hörmətli müştəri, sizə kredit limiti bank tərəfindən təqdim oluna bilər və ya bank tərəfində kreditin verilməsi imtina ola bilər..."

Lakin bu açıqlama müştəri üçün yetərli olmayıb və "Umico" başbilənlrəini susduracaq son nöqtəsini belə qoyub: "Ozaman 26.67 yazmayacaqsınız... Bankla dəqiqləşdirib aylıq ödənişi yazmalısınız..."