10 iyun 2024
76

İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək

denti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 10-da Türkiyəyə səfər edəcək.
Yenimeydan.info  xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, Azərbaycan dövlət başçısı qardaş ölkəyə işgüzar səfər edəcək.
Ankarada keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşlərdə ikitərəfli əlaqələr, regional və qlobal problemlər barədə fikir mübadiləsi aparılacaq.