12 mart 2024
124
Agentlikdən valideynlərə çağırış: Təşvişə düşməyin!
Yenimeydan.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
"Hazırda tədris prosesi ənənəvi qaydada davam edir. Valideynləri təşvişə düşməməyə, sosial şəbəkə istifadəçilərini isə həyəcan yaradan çağırışlar etməməyə çağırırıq", - məlumatda bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.
Oxşar Xəbərlər:
Dövlət Agentliyinə 320 min manata icarəyə yer verən fiziki şəxs kollec direktorunun oğlu çıxdı
Təhsil idarəsinin müdirinin həbsi: icra başçısı ilə konflikt, yoxsa..
Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək? - ARAŞDIRMA
İqtisadiyyat Nazirliyi 2,5 milyonluq tender udan 72 yaşlı qadına belə haqq qazandırır
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!