11 mart 2024
30

Emin Əmrullayev bu məktəblərə yeni direktorlar təyin etdi - ƏMR

Emin Əmrullayev bu məktəblərə yeni direktorlar təyin etdi
Gəncə şəhərində iki məktəbə yeni direktor təyin olunub.

Yenimeydan.info xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbə Gülbəniz Bayramova, N.Nərimanov adına 25 nömrəli tam orta məktəbə isə Alik Əliyev direktor olaraq təyin olunub.