18 fevral 2024
35

Rusiyanın müsadirə edilən pulları Ukraynaya verildi

     ABŞ Ukraynaya yardım göstərmək üçün müsadirə edilmiş Rusiya vəsaitlərindən təxminən 500 min dolları Estoniyaya köçürüb.

Yenimeydan.info   xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilib.


Müsadirə olunan vəsaitlərin “birbaşa köçürülməsi hələ mümkün olmadığından ilk dəfə olaraq xarici müttəfiq vasitəsilə Ukrayna hakimiyyətinə ötürüldüyü” qeyd edilir.

Bu vəsaitlər Amerika istehsalı olan hərbi texnikanı Rusiyaya qanunsuz yolla tədarük etməyi cəhd edən bir qrup şəxsin aşkarlanmasından sonra ABŞ tərəfindən müsadirə edilib.