15 fevral 2024
130
"Binəqədi Təmir Tikinti" kreditor borclarının müzakirəsinə başlayır
"Binəqədi Təmir Tikinti"nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncağın aprelin 1-də Binəqədi rayonu, 1288-ci məhəllə, 87 ünvanında keçirilməsi nəzərdə tutulub.
İclasın gündəliyində aşağıda qeyd olunan məsələlər daxil edilib:
1. Səhmdar cəmiyyətinin 2023-cu il ilin yekunlarına dair hesabatı;
2. Müəssisənin kreditor borclarının müzakirəsi;
3.“Binəqədi Təmir Tikinti” ASC-nin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi məsələsinin müzakirəsi;
4. Cəmiyyətin fəaliyyəti ilə bağlı cari məsələlərin müzakirəsi.