09 fevral 2024
245
ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
ATƏT-in Baş katibi Helqa Maria Şmid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Yenimeydan.info xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim.
Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm.
Azərbaycan və ATƏT arasında mövcud olan uzunmüddətli əməkdaşlığın qarşıdakı aylar ərzində inkişaf etməkdə və möhkəmlənməkdə davam edəcəyinə inanıram.
Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Oxşar Xəbərlər:
“Qiymətləndirmə fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyur” – AQC sədri
“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT