08 fevral 2024
42

Putin İlham Əliyevi təbrik etdi

putin-ilham-eliyevi-tebrik-etdi

Fevralın 8-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Yenimeydan.info xəbər verir ki, Vladimir Putin İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını ifadə edib.
Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.