24 yanvar 2024
119
Yevlaxda ticarət mərkəzi tikdirən məmur... - Məzahir Səlimov KİMDİR?
Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir. Bir çox məmurların qanunları tapdalayaraq korrupsiyadan qazandıqları pullar hesabına öz adlarına obyekt biznes sahələri yaratmaları artıq adi hal alıb.
AzFakt.com-un əldə etdiyi məlumata görə belə məmurlardan biri də 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimovdu.
Aldığımız məlumata görə Məzahir Səlimov 54 saylı Xocalı Yol İstismar İdarəsinin hesabına əldə etdiyi pullarla xeyli sayda obyekt və mülklərə sahib olub. Belə mülklərdən biri də Yevlax şəhər Heydər Əliyev prospekti 52 ünvanında yerləşən 2 mərtəbəli ticarət mərkəzidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, tikinti sahəsi 522 kvadrat olan 2 mərtəbli obyektin tikintisinə icazə 2021-ci ildə verilib. Ümumi sahəsi 857 kvadrat olan obyektin hazırkı bazar qiymətinin 300 min manatdan çoxdur.
Qeyd edək ki, hazırda Məzahir Səlimovun rəhbərlik etdiyi 54 saylı Xocalı Yol İstismar İdarəsi işğaldan azad edilmiş Qarabağ ərazilərində müxtəlif tenderlərin podrat işlərini həyata keçirdiyi bildirilir.
Mövzu ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Oxşar Xəbərlər: