19 yanvar 2024
134

Paşinyan Putinə meydan oxuyur: dəhlizi niyə ruslara vermir?

   Zəngəzur dəhlizinə nəzarəti Rusiyaya ona görə vermək istəmirlər ki, strateji bir ərazidir. Tribunainfo.az-ın siyasət şöbəsi bu qənaətdədir. Təhlilçilər yazır ki, dəhlizə kontrol sanksiyalar altında olan Rusiya üçün əhəmiyyətli divident olacaq. Ona görə də Qərb Ermənistanı bu məsələdə müqavimət göstərmək üçün dəstəkləyir. Ötən gün Lavrovun açıq surətdə hər şeyi danışması da ondan xəbər verir ki, ABŞ və Aİ dəhlizə nəzarəti Rusiyaya verməyin əleyhinədir. Ekspertlərə görə, 10 noyabr sənədinə əsasən yola nəzarət Rusiya FTX-nin sərhəd qoşunlarına verilir. Amma Paşinyan boyun qaçırır. Bu dirənişi nə qədər davam etdirəcəyi məlum deyil. Faktiki olaraq, sənədin imzalanmasından 4 il keçir və İrəvan öhdəliyi yerinə yetirmir. Moskva bu məsələdə sanki təzyiq etmək fikrində görünmür, ümumi sözlərlə mesaj verilir. Rusiya istəsə Ermənistanı dəhlizi açmağa məcbur edə bilər. Qəribə vəziyyət ondan ibarətdir ki, Rusiyaya lazım olan dəhliz kiçik Ermənistanın nazı ilə açılmaq bilmir. Sanki Kreml Paşinyana bata bilmir. Təbii ki, blefdir. Görünür, Rusiya daha əlverişli şəraitdə Ermənistana şərtlərini qəbul etdirmək fikrindədir.