18 yanvar 2024
136
“Mətanət-A” ilə keçmiş direktoru arasında qalmaqal davam edir
Azərbaycanın inşaat bazarının əsas oyunçularından olan “Mətanət-A” şirkəti ilə onun keçmiş direktoru Yakup Çimen arasında məhkəmə çəkişməsi davam edir.Valyuta.az xəbər verir ki, bu dəfə şirkət Yakup Çimeni məhkəməyə verib.
Birinci instansiya məhkəməsi artıq bitib. Qərar Yakup Çimeni qane etmədiyindən o, apellyasiya şikayəti verib.
Keçmiş direktorun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.
Məlumat üçün deyək ki, bundan əvvəl Yakup Çimen şirkəti məhkəmə verib.
2019-cu ildən 2021-ci ilədək “Mətanət-A” şirkətinin direktoru vəzifəsində işləyən Yakup Çimen işdən çıxdıqdan dərhal sonra məhkəməyə müraciət edib.
Onun iddia tələbi barədə dəqiq məlumat olmasa da, məhkəmə çəkişməsinin kökündə müqavilələrdən əmələ gələn öhdəliklərin yerinə yetirlməməsinin dayandığı bildirilir.
Yakup Çimen birinci instansiya məhkəməsini uduzub. Apellyasiya şikayəti verib. Bəzi məlumatlara görə, apellyasiya mərhələsi də Yakup Çimen üçün uğursuzluqla nəticələnib.
Yakup Çimenin hüquqi mübarizəsini davam etdirdiyini görən şirkət də hərəkətə keçməyi qərara alıb və keçmiş direktoru məhkəməyə verib.
“Mətanət-A” şirkətinin sahibi Elxan Bəşirovdur.

Oxşar Xəbərlər:
Azərbaycanda şirkət sahibi türkiyəli iş adamına “badalaq gəlir” ?
“Qarabağ Səyyar İnşaat” MMC-nin direktoru ŞOK FAKTLARI AÇIQLADI..
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
“İnşaat-Servis 2” MMC-nin tender oyunları - Milyonlar hara gedir?
Prezident əfv sərəncamı imzaladı – SİYAHI