18 yanvar 2024
131

Tehran savaşın ortasında: İran ətrafında halqa daralır – Analitik

       “İran Pakistan və İraqa zərbələr endirməklə güclü olduğunu demək istəyir. Amma Tehran rejimi xalqa yalan danışır. Bu hadisələr imitasiyaya oxşayır”. Tribunainfo.az-a danışan ekspert Ramiyə Məmmədova belə hesab edir. Onun sözlərinə görə, növbəti təhlükə Əfqanıstan ola bilər: “İran sərhədlərində onun üçün təhlükə olduğunu bildirir. İraqda guya yəhudi qərargahı, Pakistanda terrorçu güclər, Əfqanıstanda Taliban… Hər halda, halqa daralır və rejim çəmbərə alınır. Bu hadisələr İran rejiminə sərf edir ki, xalqı yanına alsın, xarici təhlükələrə qarşı birləşdiyini göstərsin”.