11 yanvar 2024
122
Əhaliyə xəbərdarlıq: Bunu etmək VACİBDİR! – RƏSMİ
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qrip əleyhinə vaksinasiya ilə bağlı əhaliyə müraciət edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, qış mövsümü və havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir:
“Bununla əlaqədar, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə ölkəmizdə mövsümi qripə qarşı vaksinasiya kampaniyası davam edir. Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların, xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı uşaq və böyüklərin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir.
Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi risk qrupuna aid ölkə vətəndaşlarını mövsümi qripə qarşı peyvənd olunmağa çağırır”.
Nazirliyin məlumatında qeyd edilib ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış yeri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.

Oxşar Xəbərlər:
Bu şəxslər qızılcaya görə vaksinasiya olunacaq
Gövhər Həsən-zadə:”Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub”
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Azərbaycanda əhali ən çox bu xəstəliklərdən əziyyət çəkir