11 yanvar 2024
123

FHN Perinatal Mərkəzi yoxlamalıydı – Açıqlama

Perinatal Mərkəzin üç rəhbər şəxsinə qarşı cinayət işi başlanılıb. Böyük ehtimalla təlimata əməl etmədiklərinə görə. FHN əməkdaşları rəhbər heyəti təlimatlandırır. Rəhbərlər də öz əməkdaşlarını təlimatlandırırlar vaxtaşırı. Amma FHN də vaxtaşırı təlimata əməl olunub-olunmadığına nəzarət etməlidir.

Yenimeydan.info xəbər verir ki, bu barədə danışan həkim-pediatr Vaqif Qarayev bildirib ki, Fövqəladə Hallar Nazirliyinin bu təlimatlara əməl edib-edilmədiyinə nəzarət edib etmədiyi də məlum deyil:
“Gözümüzün qabağında Diqlas kimi nəhəng tikili yandı kül oldu. Müxtəlif vaxtlarda müxtəlif AVM-lər yanıb.Hər hadisədən sonra FHN obyekt sahiblərini günahlandırır. Amma yanğınlar bitmir!
Əmlakı sığortalayın deməklə iş bitmir. Sığortalamayan özü ziyan çəkəcək! Əsas olan yanğının baş verməsinin qarşısının alınmasıdı! Alınırmı?
Perinatal Mərkəzdə sığorta filan lazım deyil dilsiz-ağızsız körpələrə, amma yandılar”.