11 yanvar 2024
52

SON DƏQİQƏ: Bakıda kütləvi sökhasök başlanır

Bakının Baş Planı hazırdır. Ancaq əsas məsələ odur ki, plana uyğun işlərə başlamazdan əvvəl Bakıda kütləvi söküntü işləri aparılmalıdır. Həm həm çox vaxt, həm d çox pul, milyardlar aparacaq işdir.

Bu sözləri Tribunainfo.az-a əmlak ezrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, qarşıda bizi büdcəyə milyardlar hesabına başa gələcək söküntü bumu gözləyir:
“Bakıda sökülməli olan çox sayda çoxmənzilli köhnə binalar var. Üstəlik harada gəldi inşa olunan yenitikililər də var. Bu gün Bakıda plana uyğun iş aparılsa söküləcək yenitikililər də az olmayacaq. Xüsusilə o binalar söküləcək ki, vaxtilə yerində 5 mərtəbələr olub və onları sökərək 16-19 mərtəbə inşa ediblər. Belə tikintilər zamanı ara məsafə binaların hündürlüyünə və yaşayan sakinlərin sayına uyğun hesablanmalıydı, ancaq məlum məsələ ki, hesablanmayıb.
Bu gün Bakıda plansız aparılan işlər dözülməz sıxlıq və tıxaca səbəb olub. Baş Plana uyğun işlər sürətlə aparılsa, biz Bakını tıxacsız görə bilərik. Ancaq bu çox zaman aparacaq işdir”.