10 yanvar 2024
111
Nazirlik qalmaqallı şirkətlə daha bir müqavilə imzaladı – 12 milyonluq
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.
Yeniavaz.com xəbər verir ki, “TAİS-İKF” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə Gəncə şəhəri, Bakı şəhərinin Səbail və Nizami rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək.
Nazirlik yeməklər üçün “TAİS-İKF” MMC-yə 12 milyon 86 min 74 manat 29 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “TAİS-İKF” MMC 30 iyun 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.
Qeyd edək ki, “TAİS-İKF” MMC bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinin keçirdiyi 14,3 milyon manatlıq daha bir tenderi udub.
Onu da bildirək ki, tenderin qalibi olan “TAİS-İKF” MMC-nin adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
Oxşar Xəbərlər:
AQTA-nın qeydiyyata almadığı şirkət nazirliyin 33 milyonluq tenderini uddu
Sumqayıtda “Dövlət satınalmaları haqqında” Qanuna sözün əsl mənasında meydan oxuyurlar
Rəfail Mehralıyevin yeznəsi milyonları BELƏ XIRID EDİR..
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
11 gün əvvəl yaranan şirkət 3,6 milyonluq tenderi necə udur?