09 yanvar 2024
118
Rauf Nağıyevi sıradan çıxaran TƏBİB şefinin BAŞLICA HƏDƏFİ...
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov baş həkimlərə qənim kəsilib. Onun illərin peşəkar həkimlərini müxtəlif bəhanələr gətirərək vəzifələrindən azad etdiyi, həkimlərlə bağlanmış əmək müqavilələrinə qanunsuz olaraq xitam verdiyi bildirilir. Qeyd olunur ki, Vüqar Qurbanov öz bildiyi və istədiyi qaydada həkimlərlə, baş həkimlərlə müqavilələr bağlayır, özü istədiyi vaxt da istəmədiyi adamın müqaviləsinə xitam verir.
Tribunainfo.az yazır ki, V. Qurbanov hətta Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkimi Rauf Nağıyevin də əmək müqaviləsinə dekabr ayında qanunsuz olaraq xitam verib. O Rauf Nağıyev ki, 2015-ci ilədən bu vəzifədə çalışıb və özümü dəfələrlə doğrultmuş çox az səhiyyə adamlarındandır. V.Qurbanovun qanunsuz olaraq işdən azad etdiyi R.Nağıyev dəfələrlə təltif edilib, Fövqəladə Hallar Nazirliyinin, Hərbi Sənaye Nazirliyinin, Yeni Azərbaycan Partiyasının dəfələrlə fəxri fərmanları, medalları, döş nişanları ilə təltif olunub.
Pandemiya dövründə R.Nağıyev Bakı şəhərinə 140 briqada ilə fasiləsiz xidməti yüksək formada təşkil edənlərdən olub. Buna baxmayaraq, V.Qurbanov R.Nağıyev kimi peşəkar həkimin bu kimi işlərini qiymətləndirmək əvəzinə onun işini sonlandırıb. Bu, onun komandasında da böyük narazılıqla qarşılanıb və gələ də bu qərarla barışmayanlar var. V.Qurbanovun bu işlərinə etiraz edən və fikrini bildirən həkimlər də işdən çıxarılma ilə hədələnir.
TƏBİB rəhbərliyi ümumilikdə illərin peşəkar həkimləri, baş həkimlərini səhiyyədən uzaqlaşdırır. Onları qeyri-peşəkar şəxslərlə əvəz edir.
Məlum olur ki, TƏBİB rəhbərliyi illərin həkimlərini yeni işə başlamış işçi kimi müddətli müqavilələr bağlamağa məcbur edir və istədikləri an, onların qanunsuz tələblərini yerinə yetirmyənlərin əmək müqavilələrinə xitam verir.
Belə aydın olur ki, V.Qurbanov işini bilən, bacarıqlı baş həkimləri səhiyyə sistemindən uzaqlaşdırıb özlərinin istədikləri səriştəsiz adamları gətirib vəzifəyə qoyur. Məhz ona görə də bütün tibb müəssisələri acınacaqlı vəziyyətdədir. İstər poliklinikalar, istər xəstəxanalar səriştəsiz insanlar rəhbər təyin edildiyi üçün səhiyyə sistemini iflic vəziyyətə salıblar.