05 yanvar 2024
119

Prezident seçkisi: YAP maliyyə hesabatını təqdim etdi

 Hakim Yeni Azərbaycan Partiyası prezidentliyə qeydə alınmış namizədinin seçki fondlarının gəlir və xərclərinin ilkin maliyyə hesabatını açıqlayıb.
Yenimeydan.info xəbər verir ki, YAP bununla bağlı sənədi Mərkəzi Seçki Komissiyasına təqdim edib.
İlkin maliyyə hesabatında YAP-ın gəlirləri cəmi 250 min manat həcmində göstərilib.
Bundan sonra YAP ikinci və yekun maliyyə hesabatlarını təqdim edəcək.
Qeyd edək ki, MSK YAP-ın prezidentliyə namizədi İlham Əliyevin namizədliyini qeydə alıb.
Xatırladaq ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək.