04 yanvar 2024
47

Sumqayıtda 61 yaşlı kişinin meyiti tapıldı

      Sumqayıtda 61 yaşlı kişinin meyiti aşkarlanıb.
Yenimeydan.info verir ki, hadisə "Kotec yaşayış massivi"ndə qeydə alınıb.
Şəhər sakini, 1963-cü il təvəllüdlü Əlixan Ələmdar oğlu Baxşəliyevin üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.