26 dekabr 2023
291

Azərbaycanda məşhur “TikTok” istifadəçisi həbs olundu

        “TikTok”da “axundova__302_” adl ilə tanınan Aysun Mirişli adlı istifadəçi həbs edilib.
Yenimeydan.info Qafqazinfoya istinadən xəbər verir ki, tiktoker narkotik dövriyyəsində ittiham olunur.
 
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə A.Mirişli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, hamilə olduğunu əsas gətirərək həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.
Hakim isə bunu sübut edəcək sənədin olmadığını bildirərək seçilmiş qətimkan tədbirini dəyişdirməyib.