26 dekabr 2023
387

Deputatın partiyası KİMƏ DƏSTƏK VERƏCƏK... - QƏRAR

Deputatın partiyası KİMƏ DƏSTƏK VERƏCƏK...
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinə öz namizədi ilə qatılmayacağını bəyan edib.

Dekabrın 26-da partiyanın Siyasi Şurasının yaydığı bəyanatda həmçinin deyilir ki, 7 fevral seçkisi anonsu verilən siyasi və iqtisadi islahatların gerçəkləşməsinə yol açacaq:

“Mövcud reallıqları, durumu nəzərə alaraq VHP seçkilərə öz namizədi ilə qatılmır. Ancaq partiya hazırkı ölkə başçısını seçkinin əsas favorit namizədi hesab edir”.

“VHP üzvləri seçkilərdə öz seçimini azad şəkildə ifadə edəcək. Partiya əmindir ki, şəffaf şəraitdə keçiriləcək azad və ədalətli Prezident seçkiləri ölkəmizdə demokratiyanın, milli həmrəyliyin təntənəsinə çevriləcək və bütün dünya buna şahid olacaq”,-deyə bəyanatda qeyd olunub.

Partiya hesab edir ki, növbədənkənar seçkini zəruri edən bir sıra beynəlxalq faktorlar da nəzərə alınmalıdır:

“Seçkilər regionda və dünyada baş verən geosiyasi gərginlikdən, mümkün və ehtimal olunan təhlükələrdən Azərbaycanı qorumağa xidmət edən bir siyasi hadisə kimi qəbul edilməlidir. Növbədənkənar Prezident seçkiləri gələcək siyasi yönətimin, ölkəmizin maraqlarını təmin edəcək regional xarici siyasətin inamlı ifadəsinin legitimliyini yaratmış olacaq”.