19 dekabr 2023
490
ABŞERON İH XIRDALANI ZİBİLLİYƏ ÇEVİRİB – VİDEO
Xırdalan yalnız dar yolların, küçəsizliyin yox, zibilliklərin də simvolu olan şəhərdir. İntensiv hərəkət olan avtomobil yolu və səkinin kənarı zibillərlə doludur. Günlərlə biz bu mənzərə ilə üzləşməli oluruq.
Yenimeydan.info xəbər berir ki, bu barədə Xırdalanda yaşayan iqtisadçı ekspert Rövşən Ağayev yazıb. O bildirib ki, zibillər yola aşıb-daşır, ancaq təmizləyən yoxdur:
“Videosunu yerləşdirdiyim, zibilin aşıb-daşdığı küçə Xırdalanda yaşadığım ərazidir. Hər həftə bir neçə dəfə belə vəziyyətlə üzləşmək olar?. Həm də körpələrin yanından ötüb məktəbə getdiyi, intensiv hərəkət olan bir küçədir. Bu mənzərə JEK-lərin, onların patronları olan icrakomlarn nə qədərə lazımsız strukturlar olduğunu göstərir.
Yeri gəlmişkən, deyim ki, JEK-lər tullantılara görə illik haqları əvvəlcədən (yanvar ayında), özü də nağd qaydada toplayırlar. Amma aldıqlarının müqabilində vətəndaşa göstərdikləri xidmət budur.
Bu həm də gündəlik həyatımızın, bizə verilən dəyərin rəsmidir. Yəni zibildir deyib ötüb keçməyin”.

Oxşar Xəbərlər:
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ
“Maliyyə resursları olmadan QHT-lər bu əlaqələri, əməkdaşlığı qoruyub saxlaya bilmirlər” - Çingiz Qənizadə
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Prezident əfv sərəncamı imzaladı – SİYAHI