18 dekabr 2023
495
24 yaşlı qazi vəfat etdi - Foto
Qeyd edək ki, Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev Vətən müharibəsində bir ayağını itirib. O, döyüşdə qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat edilib, sağalaraq 14 gündən sonra yenidən döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbilə yatağa məhkum olub. O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu il aprelin 18-də Milli Onkologiya Mərkəzində əməliyyat olunub və ayağı amputasiya edilib.