04 noyabr 2023
1 979

Deputatdan veteran pulu təklifi

“80 manat müəyyənləşəndən sonra kommunal xidmətlərin qiyməti artıb. Ona görə də, veteran pulunun artırılmasına ehtiyac var”.

Yenimeydan.info bildirir ki, deputat Vüqar Bayramov belə bir təkliflə parlamentin birgə komitələrinin büdcə müzakirəsində çıxış edib.

Deputat qeyd edib ki, son qiymət artımları nəzərə alınmaqla müavinətin yeni məbləğin müəyyənləşdirilməsi məqsədəuyğun olardı:

Təklif edirəm ki, veteran pulunun məbləği ilə kommunal xidmətlərin qiyməti dəyişməsi arasında əlaqəni nəzərə alan formula hazırlansın. Kommunal xidmətlərin qiyməti artırılan zaman veteran pulu da avtomatik artırılsın. Bununla veteran pulunda qiymətlər nəzərə alınmaqla artımlar mümkün olar”.