04 noyabr 2023
1 830

İSRAİL QƏZZADA ƏN ÇOX QADIN VƏ UŞAQLARI ÖLDÜRÜR

      BMT təşkilatları oktyabrın 7-dən bu yana Qəzza zolağında 2326 qadın və 3760 uşağın öldürüldüyünü açıqlayıb ki, bu da bütün itkilərin 67 faizini təşkil edir.Yenimeydan.info  TRT Haber-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Fondu (UNFPA), BMT-nin Uşaq Fondu (UNİCEF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) hadisələrlə bağlı birgə bəyanatla çıxış ediblər.
Açıqlamada bombardmanların səhiyyə ocaqlarına böyük ziyan vurduğu, su və elektrik enerjisinin kəsilməsi, məhdud ərzaq və dərman çatışmazlığı səbəbindən ginekologiya, yeni doğulmuş və uşaq baxımı xidmətlərinin dayandırıldığı bildirilib.