02 noyabr 2023
358

SAHİBKARLAR NİZAMİ KÜÇƏSİNİ “İŞĞAL” EDİR, BŞİH GÖZ YUMUR – FOTO


 Bakının “Torqovı” kimi məşhur olan Nizami küçəsində artıq gəzməyə yer qalmayıb. Əvvəllər ancaq yay aylarında restoranların qarşısına bir neçə masa qoymaqla kifayətlənən iaşə obyekti sahibləri indi il boyu gediş-gəliş üçün nəzrədə tutulan yolu da zəbt edir.

 Yenimeydaan.info yazır ki, sözgüdən küçədə mövcud problemlə üzləşən vətəndaş Pünhani Əsgərli yazıb ki, Nizami küçəsi sanki işğal altındadır, hərəkət üçün yer yoxdur.
Artıq şəhərdə normal şəkildə gəzə bildiyimiz yerlərə də kafelər masalar qoyub. Nizami küçəsində fəaliyyət göstərən xüsusilə “Alove” və “East Town” restoranların sözün əsl mənasında yolu zəbt edib, hərəkəti çətinləşdiriblər.
Maraqlıdır ki, uzun müddətdir mövcud olan və sakinlərin narazılığına səbəb olan bu problemi Bakı Şəhər İcra Hakimiyyəti görmür. İcra hakimiyyətinin bununla bağlı niyə tədbir görmədiyi, sahibkarların bunu etmək üçün hüquqi əsasının olub-olmadığı isə sual altındadır.