30 oktyabr 2023
224
Tezliklə Xankəndiyə qayıdış başlayacaq
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə şəhərində Xankəndi şəhərindən və Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.
Yenimeydan.info xəbər verir ki, tezliklə Xankəndidən məcburi köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdacağı, Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin onları da əhatə edəcəyi diqqətə çatdırılıb.
İşğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması istiqamətində irimiqyaslı layihələrin həyata keçirildiyi, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıdışının təmin edilməsi üçün zəruri tədbirlərin icra edildiyi bildirilib.
Bu günədək 3 mindən çox məcburi köçkün doğma yurduna qayıdıb, tezliklə qayıdışın Xankəndi sakinlərini əhatə edəcəyi deyilib. Bütün bunlarla yanaşı mina probleminin hələ də geri qayıdacaq əhalinin həyatı və sağlamlığı üçün təhlükə yaratdığı, Böyük Qayıdış prosesini ləngitdiyi vurğulanıb.
Xankəndiyə qayıtmağa, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını deyən sakinlər işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın dövlət suverenleyinin bərpa edilməsinə görə dövlətimizin başçısına və rəşadətli silahlı qüvvələrimizin mənsublarına minnətdarlıq bildirib, xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.
Görüşdə Xankəndindən olan məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak edib, qayıdışa hazırlıq məsələlərinə dair rəy və təkliflərini səsləndiriblər.