16 oktyabr 2023
188

PUTİN PEKİNİN “SÜLH PLANINI” MÜDAFİƏ ETDİ

      Çinin Ukrayna məsələsində təklif etdiyi “sülh planı” realdır və nizamlanma üçün əsas ola bilər, Rusiya prezidenti Vladimir Putin China Media Corporation-a müsahibəsində deyib.Yenimeydan.info xəbər verir ki, Putinin sözlərinə görə, “Biz bu təklifləri (“sülh proqramı” – red.) yüksək qiymətləndiririk. Hesab edirəm ki, onlar kifayət qədər realdır, istənilən halda sülh sazişləri üçün əsas kimi istifadə oluna bilər”.
Eyni zamanda, Rusiya rəhbəri qeyd edib ki, Kiyev “heç bir danışıqlar aparmaq istəmir”, ona görə də məhz Ukrayna tərəfi danışıqlara hazır olduğunu bəyan etməlidir.
“Biz, o cümlədən çinli dostlarımızın təkliflərindən yararlanmağa hazırıq”, – Rusiya lideri vurğulayıb.
Xatırladaq ki, Pekin “sülh planı”nı bu ilin fevralında təqdim etmişdi. 12 nöqtədən ibarətdir. Plana atəşkəs rejiminin yaradılması, sülh danışıqlarının aparılması, birtərəfli sanksiyaların dayandırılması və s. aiddir.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Çinin təklifləri sülh planı deyil, onların müharibə haqqında düşüncələrinin ifadəsidir. Eyni zamanda ABŞ prezidenti Co Bayden Çinin planının yalnız Rusiyaya sərfəli olduğunu açıqlayıb