17 avqust 2023
155
“AZAL bizi bilərəkdən əlavə xərcə salır, hər gün də təyyarə xarab olar?”
Sərnişinlər AZAL-ın Bakı-Naxçıvan-Bakı istiqamətində həyata keçirdiyi təyyarə reyslərində saatlarla, bəzən isə günlərlə yubanmalar olduğunu, bu halın onlara ciddi maddi zərər vurduğunu deyirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə onlardan bəziləri “Gündəlik Naxçıvan”a danışıb.
Sərnişinlər bildirirlər ki, gecikmələr əsəb gərginliyi ilə yanaşı sərnişinlərin əlavə xərcə düşməsinə də səbəb olur. Onlar deyirlər ki, bu vəziyyət Bakı üzərindən xarici ölkələrə tranzit bilet almış naxçıvanlı sərnişinlərə daha çox maddi ziyan vurur. Belə ki, gecikmə səbəbindən onlar gedəcəkləri ölkələrə uçan reyslərə çata bilmir, yenidən bilet alıb, bəzən günlərlə Bakıda gözləməli olurlar.
Səfər Babayev adlı şəxs bildirir ki, reyslərin yubanması ən yaxşı halda 4-5 saat davam edir:
“Avqustun 14-də Naxçıvandan Bakıya uçmalı idim. Bilet götürdüyüm təyyarənin uçuşu axşam saat 23-ə idi. Səhər saat 5-ə qədər hava limanında gözləməli olduq. Yanımda bir nəfər yaşlı, iki nəfər azyaşlı uşaq da var idi. Bu isti havada sanki insanlara qəsdən işgəncə verirlər. Bizimlə bərabər başqa 4 reys də eyni qaydada gecikirdi. Bizi aldadırlar ki, təyyarə xarab olub. Hər gün də təyyarə xarab olar? Gecikmələrə görə aeroporta yeməyə, suya əlavə xərclərimiz çıxır. AZAL bizim əsəblərimizlə oynayır, bilərəkdən əlavə xərcə salır”.
İlqar Mənsimov adlı şəxs də, Naxçıvandan Bakıya uçarkən təyyarənin yubanması səbəbindən Bakı-Moskva reysinə vaxtında çata bilmədiyini, əlavə xərcə düşdüyünü deyir:
“Təcili Moskvaya uçmalı idim. Bakıdan Moskvaya bilet götürdüm. Naxçıvandan Bakıya uçduğum təyyarə reysi üç saat əvvəl Bakıda olmalı idi. Lakin Naxçıvan-Bakı istiqamətində uçuşda yubanma oldu. Mən Moskvaya uçan təyyarəyə gecikdim. Növbəti reyslərə bileti dəyişməyim üçün 300 manat əlavə xərc çəkdim. Həm də nəzərdə tutduğum iş planı pozuldu. Bu cür yubanmalar olduqda normal ölkələrdə kompensasiya edilir. Sərnişinlərə yemək, su verilir. Uşaqlı ailələrə istirahət üçün yer ayrılır. AZAL isə bunların heç birini etmir. Sərnişinlərin şikayətlərini də dinləmirlər”.
İddialarla bağlı AZAL-a müvafiq sorğu ünvanlanıb.

Oxşar Xəbərlər: