14 avqust 2023
147

Bərdədə xəstəxanada yeni doğulmuş körpə öldü

                                                                     Bərdədə xəstəxanada yeni doğulmuş körpə ölüb.

Bu barədə Mediatv.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, avqustun 13-də Tərtər rayon sakini, 1995-ci il təvəllüdlü Fəridə Şahbazovanın yeni doğulmuş uşağının Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində ölməsi faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.