25 iyul 2023
262
"Körpə uşaqların həyatı ilə oynayırsınız indi də?" - Vətəndaş "Bravo"-ya OD PÜSKÜRDÜ...
Yenimeydan.info: - "Bu gün "Bakıxanov mall"da yerləşən "Bravo" marketə yaxınlaşdım bu yoqurtu almaq üçün. Amma gördüm ki son istifadə tarixi keçmiş məhsulları endirimə qoyublar!" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Leyla Abuzərova adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır:
"Bu necə vicdansızlıqdır? Bravo Müştəri Xidmətləri...
Körpə uşaqların həyatı ilə oynayırsız indi də?
İşçiniz başımın üstünü kəsdirdiyi üçün fotosunu çəkə bilmədim, tez yığıb apardı “guya” atmağa.
Yeni tarixli olanı götürüb kassaya yaxınlaşdım kassir qız utanmaz-utanmaz “tarixi keçmişlər” endirimdədir yalnızca dedi!
Bi raz insanlıq, bir az məsuliyyət!!!"
Oxşar Xəbərlər:
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
`Bravo`dakı QANLI QARƏTİ KİMLƏR VƏ NECƏ TÖRƏDİB?
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
“Expressbank” saxta reklamla insanları tora salır?