12 avqust 2023
191
Notariuslardan xidmət alarkən imza atdığımız kitabçaların dövrü bitdi
Nazirlər Kabineti ötən gün notarial əməliyyatlarla bağlı iki yeni sənədin qəbul edildiyini açıqlayıb.
Hökumət Ədliyyə Nazirliyinin hazırladığı “Notarial hərəkətlərin aparılamsı qaydaları haqqında Təlimat”a xeyli dəyişiklikləri təsdiqləyib.
Təlimat son illər notarial sistemdə aparılan rəqəmsal transformasiya proseslərini tam hüquqi müstəviyə gətirib.
Təlimata görə , bundan sora notarial əməliyyatların aparılamsı üçün əsasən “Elektron notariat” informasiya sisteminin eGov İnformasiya Sistemi üzərindən sənədlərin əldə edilməsi nəzərdə tutulub.
Daşınmaz əmlakla, avtomobillərlə bağlı reyestrdən çıxarışlar, mülkiyyət sənədlərini Notariuslar artıq vətəndaşdan deyil, eGov sistemindən alacaqlar.
Maraqlı məqam odur ki, eGov vasitəsilə digər dövlət qurumlarından alınması mümkün olan sənədlərin siyahısını da Nazirlik öz saytında yerləşdirməlidir.
Yəni, qabaqcadan vətəndaş biləcək ki, Notarius hansı sənədi eGov-dan götürəcək, hansı sənədi vətəndaşdan istəyəcək.
Yeri gəlmişkən, bu, həm də dövlət qurumlarının rəqəmsallaşma səviyyəsini də müəyyən etməyə , necə deyərlər kimin nə gündə olmasını müəyyən etməyə imkan verəcək ????
Təlimatda olan digər maraqlı məqam elektron sistemlərdə olan sənədlərin kağız formada surətinin çıxarılaraq təsdiqlənməsinə görə haqqın ləğv edilməsidir.
Həmçinin sənədlərin QP-kod ilə oxunması imkanları da nəzədə tutulur.
Nəhayət, 20 il bundan öncə qəbul edilən daha bir sənəd, notarial hərəkətlərin qeydi üçün resyestrlər də dəyişilib.
Nazirlər Kabinetinin yeni qərarı əsasında artıq Notariuslardakı kağız reyestrlərə son qoyulub, onları elektron reyestrlər əvəz edib.
Yəni, bundan sonra Notarisuda hansısa notarial əməliyyatı apardıqdan sonra vətəndaşlara hansa kitabçalara imza atmaq lazım gəlməyəcək.
“Notariat hərəkətlərinin qeydi üçün Elektron Reyestr”in hökumət tərəfindən təsdiqlənən formasından görsənir ki, elektron reyestrdə notarial əməliyyatlar aparan vətəndaşların şəkilləri yerləşdiriləcək.
Bir daha qeyd etmək istərdim ki, rəqəmsal transformasiyanın sürətlənməsi baxımından bunlar mühüm əhəmiyyət kəsb edən addımlardır.
Ədliyyə Nazirliyinin bu istiqamətdə səyləri çox təqdirə layiqdir. Güman ki, bundan sonra Mobil Notariat rəqəmsal həllinin populyarlığı daha da artacaq.
Yeri gəlmişkən, xatırladıram ki, əksər Nazilriklərdə 20-30 il öncə qəbul edilən bir çox sahəvi Təlimatlar hələ də qüvvədədir.
Qanunlar dəyişsə də, xüsusən də, ötən ilin yekununda eGov sahəsində bir xeyli qanunlara dəyişikliklər edilsə də, daxili Təlimatlardan, sahəvi Əsasnamələrdən hələ də istifadə edilir.
Bildiyim qədər RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal hökumət quruculuğunu sürətləndirmək üçün paket halında mövcud qanunvericiliyə dəyişikliklər hazırlayıb.
Hazırda bunun razılaşdırılması prosesləri gedir.
Ümid edirəm tezliklə bütün dövlət qurumlarında biznes proseslərinin sadələşməsinin və rəqəmsallaşmasının, mövcud təlimatların yenilənməsinin şahidi olacağıq.
Osman Gunduz

Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Qanunla notariuslar da ləğv olunub... onun vəzifəsi də... - İLGİNC FAKTLAR
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!
Saxta etibarnamə ilə vətəndaşın evini banka girov qoyan notarius Daxil Kərimovun qanunsuz əməllərinə dur deyən olacaq?
Gömrükçü və hərbçi olmaq istəyənlərin NƏZƏRİNƏ