24 may 2023
129

Saxta etibarnamə ilə vətəndaşın evini banka girov qoyan notarius Daxil Kərimovun qanunsuz əməllərinə dur deyən olacaq?

 Notarius rəisi Daxil Kərimovun Bakıda, Hacıqabulda mülkləri, Cəlilabadda torpaq sahələri...
Ölkəmizdə fəaliyyət göstərən dövlət və fərdi (özəl) notarius kantorlarındakı vəziyyətin dözülməz olması barədə dəfələrlə araşdırma yazıları dərc etmişik.

Qısa məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 200-ə yaxın notariat kontoru fəaliyyət göstərir.

Onlardan 100-dən çoxu dövlət kontorudur və 30-u Bakıda, 70-dən artığı isə regionlarda yerləşir. Və eyni zamanda fərdi ( yəni özəl ) notariat kantorları da fəaliyyət göstərir.

Və ən dəhşətlisi odur ki, Azərbaycanda dövlət qurumlarının verdiyi, dövlətin tanıdığı notariuslarda təsdiqlənən sənədlərin saxta çıxarılması, qanunsuz hesab edilməsi halları az qala adi hala çevrilib.

Vətəndaş pulunu verib əmlak alır, əmlakı təmir edir, iş yerinə, yaşayış yerinə çevirir və aylar, illər sonra ortaya çıxan biri deyir ki, bəs əmlak mənimdir.

Məlum olur ki, hansısa notariat kantoru saxta sənəd verərək vətəndaşın mülkiyyət hüququnu pozub.

Daha dəqiq desək, notariat kantorlarda alqı-satqı prosesində saxtakarlığa yol verilib.

Bu hələ harasıdır..?

Vətəndaşa bir də məlum olur ki, onun avtomobilini notarius vasitəsilə kiməsə satıblar…

Sözün qısası, notariusların bu qanunsuz əməlləri vətəndaşları bezdirib.

Belə xüsusi notariuslardan biri də Daxil Fazil oğlu Kərimovdur.

Bu adam vaxtilə Şirvanda notarius vəzifəsində işləyib.

Media üzərindən apardığımız araşdırma zamanı bu adamın barəsində nə qədər şikayətlərə rast gəldik.

Vətəndaş yazır ki, qızımın evini onun xəbəri olmadan banka girov qoyublar.

Deməli, ev sahibinin qaynı saxta sənəd tərtib edərək notarius Daxil Kərimova təsdiq etdirib və evi girov qoyaraq bankdan böyük məbləğdə kredit götürüb.

Təsəvvür edirsiniz evin sahibinin bu cinayət əməlindən xəbəri yoxdur. Notarius Daxil Kərimov isə deyir ki, mənim heç bir günahım yoxdur.
Bu adamdan soruşan lazımdır ki, sən vətəndaşın adından saxta etibarnaməni təsdiq edəndə bilmirdin ki, bu cinayət əməlidir..?

Daxil Kərimov ev sahibinin qaynı ilə sövdələşib saxta etibarnamə ilə bankdan 50 min manat kredit götürüb bölüşdürəndə nə fikirləşirdi..?
Bəli, Daxil Kərimov indi iki uşaq və bir ananın başına faciə gətirib.

Belə ki, vaxtında verilməyən və hazırda 57 min olan kreditə görə, bank məhkəmə vasitəsilə ana və 2 övladını evdən çıxarıb bayıra atıb.
Təsəvvür edirsiniz məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin.
Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.

Gör bu insan nə dərəcədə həddini aşıb ki, hər yerdə deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm…

Biz Daxilin yadına bir məqamı salmaq istəyirik…

Yadındadırmı, Hacıqabulla Şirvan futbol komandalarının oyununda Hacıqabul 1 qol vuranda yerindən ayağa qalxaraq “ Urraaa” qışqırdın…Və polis rəisi dedi ki, bunu aparın soxun içəri, ağlı başına gəlsin…

Ay Daxil, deyəsən ağlın hələ başına gəlməyib, axı…

Özünü yuxarı hesab edən kəs 2 körpə uşağın və anaın faciəsinə səbəb olmazdı…

İnsanları faciələrə düçar edirsən…

Hələ Allah qoymasa, Şirvandan Bakıya köçmüsən…

Qanunsuz yolla qazandığın pulların hesabına Hacıqabulda, Bakı şəhərində mülklərin, obyektlərin…

Biz hələ Cəlilabaddakı torpaq sahələrini, ticarət obyektlərini demirik…

Görəsən, Ədliyyə Nazirliyi Daxil Kərimovun hansı xoş əməllərinə görə, onu hətta Bakıda işlə təmin edib..?

Çünki bu adam notariusdan çox, kommersantdır. Özü də əyri yollarla qazandığı pulların hesabına.

Sonda bir daha daxil Kərimovun yadına salmaq istəyirik ki, iddiaçı “Ekspressbank”ASC 2 uşaq anasına qarşı kredit borcunun tutulması, tələbinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə baxılıb…

Səbəb isə Daxil Kərimovun təsdiq etdiyi saxta etibarnamədir…

Başa düşdünmü, Daxil Kərimov..?

Yekələnmək yox, YEKƏ olmaq Lazımdır.

Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
AZƏRBAYCANREALLIĞI.COM