09 avqust 2023
222
İstanbulda ŞOK ƏMƏLİYYAT: İrana casusluq etdiyi üçün saxlanılan azərbaycanlılar kimdir?
Türkiyənin Milli İstihbarat Teşkilatı İranın casus şəbəkəsini zərərsizləşdirib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, həbs edilənlər arasında azərbaycanlılar da var.
Onlardan ikisinin adı məlumdur.
Həmin şəxslər Hikmət Əliyev və Seymur Rzayevdir.

İranın pilotsuz uçuş aparatlarının gizli hazırlanması layihəsində Azərbaycan əsilli Seymur Rzayev, Türkiyədən yük daşıyan “Buta Logistics” şirkətinin sahibi Hikmət Əliyev, mədən ticarəti ilə məşğul olan Zeynəddin Çalışkan, İran əsilli türk vətəndaşı “Yaşar” kodu ilə ticarət edən Mehmet Çelik və İlyas Yıldırımın iştirak etdiyi müəyyən edilib.
MİT tərəfindən İŞİD üzvü olan kuryerin 8,5 milyon avroya İrana satılmaq üçün rəqəmsal karqo İstanbula yola düşdüyü texniki izləmə vasitələri ilə müəyyən edilib.

Kuryer İstanbul Beynəlxalq Hava Limanınında keçirilən əməliyyatda saxlanılıb. Rəqəmsal karqoda bütün dünyaya yayılan 9952 İŞİD terrorçusunun bioqrafik kəşfiyyat məlumatları, onların foto CV-ləri və şəxsiyyət məlumatları tapılıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, İngiltərə Mİ6, İsrail Mossad və İranın VAJA məxfi xidmətləri illərdir İŞİD-ə qarşı əks-kəşfiyyat və təşkilata sızmaq üçün casusluq fəaliyyətləri həyata keçirir.
Beynəlxalq kəşfiyyat illərdir ki, İŞİD Silahlı Terror Təşkilatına aid bir çox məxfi məlumatları ələ keçirmək üçün Tacikistan, Özbəkistan və Pakistan dağlarında gizli əməliyyatlar keçirib. Bu əməliyyatlarda 40-dan çox xüsusi təyinatlı qüvvələr mənsubu iştirak edib.
Onların yeganə missiyası 2019-cu il oktyabrın 27-də öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin illərdir gizlətdiyi rəqəmsal karqonu ələ keçirmək olub.
ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Belçika, Hollandiya, İsveç, Norveç, Danimarka, İsveçrə, Avstriya və İspaniya kimi Avropa ölkələrinin vətəndaşları olan minlərlə xüsusi təlim keçmiş “tənha canavar” kod adlı xüsusi terror qruplaşması üzvlərinin adları bu rəqəmsal karqoda şifrələnib.
Rəqəmsal karoqda bombalı hücumların həyata keçirilməsi planları da yer alıb.