26 iyul 2023
217

Bu şəxslərə ŞAD XƏBƏR – maaşlar ARTDI

  “Azərpoçt” əməkdaşlarının aylıq gəlirləri artıb.
Tribunainfo.az Trend-ə istinadən xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov bu gün media üçün brifinqdə deyib.

“Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub”, – sədr bildirib.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin 2023-cü il üzrə illik gəliri ilin ilk 6 ayı üzrə 33 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur.