26 iyul 2023
203

Bayden yenə səhv edib, ABŞ-da pandemiyadan 100-dən çox insanın öldüyünü söyləyib

  ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı səhvən ölkədə pandemiya səbəbindən 100-dən çox insanın öldüyünü söyləyib.Bu barədə Yenimeydan.info  “TASS”a istinadən xəbər verir.
“Qeyd etdiyim kimi, ölkəmizdə 100-dən çox insan həlak olub. Mətbəx masasının ətrafında 100 boş stul var”-deyə, o bildirib.
Ağ Evin mətbuat xidmətinin daha sonra dərc etdiyi stenoqrama əsasən, Bayden ABŞ-da yeni növ koronavirus səbəbindən 100 deyil, 1 milyondan çox insanın öldüyünü deməli idi.
Ötən ilin noyabr ayında 80 yaşı olan Bayden tez-tez mövzuya aid olmayan sözlər deyir. Eyni zamanda ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda keçirilən Qlobal Fondun yeddinci konfransında əllərini havaya qaldırıb və səhnədə sanki kimsə varmış kimi sağollaşmaq istəyib.
ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxış edərkən vəzifəsini də səhv salmışdı. Belə ki, dövlət başçısı toplantı iştirakçılarına Delaver ştatından olan ilk senator olduğunu deyib, amma əslində ilk prezident olduğunu deməli idi.