22 iyul 2023
157
Putin bitib, Rusiya inqilaba hamilədir
Rusiyada Priqojin üsyanından sonra hakimiyyət çevrilişi hansısa silahlı qruplaşmanın əli ilə yox, xaosdan baş verəcək.
Yenimeydan.info xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Podolyakın sözlərinə görə, Priqojinin üsyanının fiaskoyla sonlanmasının səbəbi onun hakimiyyəti ələ keçirmək istəməməsiydi. Eyni zamanda o qeyd edib ki, Priqojin qan üzərində biznes quran iş adamıdır, özü də Rostovdan Moskvaya bu qədər sürətli keçidi gözləmirdi:
“Amma o, Moskvanı götürmək və hakimiyyəti ələ keçirmək istəmirdi, çünki onun miqyası kiçikdir, siyasətçi deyil. Hazırda hakimiyyəti ələ keçirmək və Putini əvəzləmək istəyən heç bir siyasi qrup formalaşmayıb”.
Onun fikrincə, çevriliş onunla nəticələnəcək ki, Rusiya xaotik vəziyyətə düşəcək - çoxlu kiçik qruplar olacaq, onlar gedib özlərinə nəsə götürəcəklər - bu, Rusiya Federasiyasında inqilabi prosesə çevriləcək.
O vurğulayıb ki, bu gün Putin Rusiya Qvardiyasına təkcə ağır silahlar vermir, həm də Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarını ora köçürür:
“O, daxili istifadə üçün ikinci ordu yaratmağa çalışır ki, bu da onu qorumalıdı. Yanılır. Bu ordu Putinə də hücum edəcək. Çünki Rusiya güclü çarı sevir, onlar II Nikolayı yox, məhz güclü I Aleksandrı sevir. Priqojinin uğursuz üsyanından sonra Putin sübut etdi ki, o çar deyil, zarafatcıldır və qərar qəbul etməyi bacarmayan qorxaqdır. Rusiya artıq onu sevmir. Bitdi, Putin artıq müqəddəs deyil.
Rusiya inqilaba hamilədir. Rusiyada 1991-ci ildə baş verənlər təkrarlanacaq və Sovet İttifaqının dağılmasının ikinci mərhələsi tamamlanacaq. Bundan sonra öz aralarında mübarizə aparan kiçik passionar qruplar meydana gələcək. Onlar keçid hökuməti qurmaq imkanı əldə edəcəklər.
Rusiya müharibədən sonra yox olmayacaq, ancaq müəyyən xammala, resurslara, pula malik olan, lakin qlobal siyasətə təsiri olmayan ölkə olacaq”.
Oxşar Xəbərlər:
Partyaların üzv yoxlanışı: Kimləri və niyə narahat edir? - AKTUAL
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
SEPAH-ın məxfi yığıncağı: Orduda daxili toqquşma var - Şok
Rusiya parçalanacaq: bu dövlətlər müstəqil olacaq – Proqnoz
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat