20 iyul 2023
218
İrəvanda aksiya iflas oldu: - Qarabağ heç kimin vecinə deyil
Qarabağdakı separatçılara dəstək aksiyasının iştirakçıları BMT-nin İrəvandakı ofisinin önündə təşkilata vermək üçün imza toplayırlar.
Yenimeydan.info axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçılarından biri cəmiyyətin Qarabağ ermənilərinə laqeydliyinin narahatlıq doğurduğunu deyib:
“Məni ən çox incidən cəmiyyətin laqeydliyi və hələ də bu hakimiyyətin tərəfdarlarının olmasıdır. Konkret olaraq bu aksiya siyasi xarakter daşımır, BMT-dən humanitar addımlar tələb edirik, niyə qoşulmursunuz? Anna Akopyan isə eyni vaxtda şam yeməyindən fotoları dərc edir, utanmır. Yəni nə demək istəyir: sən orda acından ölürsən, mən də burada uşaqlarımı vitaminlərlə yedizdirirəm? Onun mesajını başa düşməmək üçün axmaq olmalısan. Bu paylaşımın ”layklarına” baxıb daha çox ağrı hiss edirsən”.
Qeyd edək ki, Qarabağın erməni icması arasında guya “humanitar fəlakət” iddiası ilə aksiyalar başlayıb. İrəvanda bəzi revanşistlər də “dəstək aksiyası” keçirməyə cəhd edirlər.
Bakı Xankəndidə yaşayan ermənilərin hər hansı qida probleminin aradan qaldırılması üçün Ağdamdan tədarük təklifi verib. Erməni separatçılar isə Ağdam-Əsgəran yoluna beton plitələr düzərək, bu humanist təklifdən imtina edirlər.
Oxşar Xəbərlər:
Brüssel görüşü: daha 7 məsələ gündəliyə daxil edilib - NƏ BAŞ VERİR?
Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
AZƏRTAC-ın keçmiş əməkdaşı feyzbukda Prezidentə müraciət etdi: “Sonuncu postumdur, intihar edəcəm…”