20 iyul 2023
206
Vəkillər Kollegiyası özünü vəkil kimi təqdim edib pul alan şəxslə bağlı şikayətə münasibət bildirdi
Bakı sakini Pərvanə Babayeva hüquqi yardım üçün müraciət etdiyi və özünü vəkil kimi təqdim edən şəxsin onun hüquqlarını pozduğunu iddia edir.
E-huquq.az-a müraciət edərək problemin işıqlandırılmasını istəyən vətəndaş bildirir ki, Camal Bağırzadə adlı şəxs özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək ondan 250 manat pul alıb.
"Bir nəfərin mənə borcu var idi, geri ala bilmirdim. Camal Bağırzadə bu işdə vəkil kimi mənə kömək edə biləcəyini dedi. Ona 100 və 150 manat olmaqla ayrı-ayrı vaxtlarda bank kartı vasitəsilə ödəniş etdim. Bildirdim ki, işi həll etdikdən sonra ona yenə xidmət haqqı ödəyəcəm. Lakin pulu aldıqdan sonra həmin şəxslə danışa bilmədim. Gah rayonda olduğunu, gah xəstə olduğunu dedi. Hər dəfə bir bəhanə gətirdi. Sonradan telefon zənglərimə cavab vermirdi. Mən də başqa nömrələrlə zəng etdim. Bu zaman o məni söyməyə və təhqir etməyə başladı. Bir dəfə başqa bir nəfər vasitəsilə ona zəng etdirdim. Rayondan qayıtdıqdan sonra pulu kartıma göndərəcəyini yazdı, sonradan həmin mesajını da sildi. İndi çarəsiz vəziyyətdə qalmışam, nə Camalı tapa bilirəm, nə pulumu ala bilirəm", - deyə P.Babayeva qeyd edib.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasına müraciət etdik. Kollegiyadan saytımızın sorğusuna cavab olaraq bildirildi ki, şikayətdə adıçəkilən Camal Bağırzadə adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil və heç vaxt vəkil olmayıb.
"Həmin şəxslə bağlı bizə əvvəllər də bir neçə vətəndaş tərəfindən müraciət daxil olub. Odur ki, vətəndaşları diqqətli olmağa və özlərini vəkil kimi təqdim edən şəxslərdən vəkillik statusunu təsdiq edən xidməti vəsiqəni tələb etməyi çağırırıq. Bəzən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir. Belə hallar vətəndaşların keyfiyyətli hüquqi yardım almasına mane olmaqla yanaşı, vəkilliyin nüfuzuna mənfi təsir göstərir. Bildirmək istərdik ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu kimi hallarla mübarizə istiqamətində bütün lazımi tədbirləri görür və bundan sonra da görəcək. Vəkil adından qanunsuz istifadə edən şəxslərlə bağlı aidiyyatı hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.
Kollegiya vətəndaşları diqqətli olmağa çağırıb: "Vəkillər Kollegiyasının rəsmi veb-səhifəsində yerləşdirilmiş "Vəkillərin reyestri" bölməsi və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq hüquqi xidmət təklif edən şəxsin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirsinlər, qanunsuz olaraq vəkil adından istifadə edilməsi halında isə “Qaynar xətt”ə (012 594 08 70) zəng edərək məlumat versinlər”.

Oxşar Xəbərlər:
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
"De Fendo" Vəkil Bürosunun rəsmi açılış mərasimi keçirilib.
DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat