15 iyul 2023
229

 "Reges İnşaat & Consulting Company" MMC gömrük qaydalarını pozub

"Reges İnşaat & Consulting Company" MMC gömrük qaydalarını pozub
"Reges İnşaat & Consulting Company" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Yenimeydan.info FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Qabil Məmmədov təyin edilib.