19 iyun 2023
612
"Dəmiryolservis" MMC gömrük qaydalarını POZDU
"Dəmiryolservis" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) inzibati xəta protokolu tərtib edilib.
Yenimeydan.info FED.az-a istinadla xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddasinə görə, bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın icraatındadır.
Məhkəmə ilə əlaqəli baxış iclası 24.06.2023, saat 10:30-a təyin edilib.
Oxşar Xəbərlər: