13 iyul 2023
178
“Rusları çıxardıqdan sonra Qarabağ məsələsi birdəfəlik bağlanacaq” - Qeqamyan
“Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, əslində, Türkiyə-Azərbaycan tərəfinin Qarabağ məsələsində Rusiyadan nə gözlədiyini açıq mətnlə dedi.O bildirdi ki, Rusiya 2025-ci ilə qədər Qarabağda qalacaq və ərazini tərk edəcək. İnanıram ki, Rusiya razılaşmaya sadiq qalacaq”. YeniMedan.info JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu erməni türkoloq Varujan Qeqamyan deyib.
O bildirib ki, bu təxmin olunan məsələ idi. “Əgər Türkiyə və Azərbaycan 2025-ci ildə Rusiya hansısa yolla Qarabağdan çıxara bilsələr, o zaman Qarabağ ermənilərinin və Qarabağ məsələsini son səhifəsi qapanacaq. Bundan sonra Türkiyə-Azərbaycan qüvvələri bütün imkanlarını adıçəkilən sərhəddə strateji əhəmiyyət kəsb edən əraziləri ələ keçirəcəklər. 2,5 ildir ki, genişmiqyaslı addımlar atdıqları Sünik və Vayots Dzorun zəbtinə yönələcəklər”.
Qeqamyan iddia edib ki, 2025-ci il Ermənistan üçün dönüş nöqtəsidir. “Ya o vaxta qədər de-fakto Türkiyəyönümlü hökuməti aradan qaldırıb, tamamilə yeni müdafiə sistemi qurmaq mümkün olacaq. Bunun üçün imkanlar var. Ya da fəlakət ən geri dönməz nəticələrlə daha da dərinləşəcək. 2025-ci ilə 2,5 il qalıb. Əslində isə daha azdır”.