12 iyul 2023
175

Qobustan rayon icra hakimiyyətinin yarım milyonluq müqaviləsi

 




Qobustan Rayon İcra Hakimiyyəti Qobustan rayonu Cəmcəmli kəndinə gedən avtomobil yolunun əsaslı təmiri ilə bağlı açıq tenderin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Aztimont" MMC (VÖEN: 6800141961) olub.

Şirkətlə 496 034 manat məbləğində satınalma müqaviləsi imzalanıb.

"Aztimont" MMC daha öncə Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı Şəhər Nümayəndəliyinin 534 706 manat dəyərində "Yolların əsaslı təmiri işlərinin satın alınması" tenderinin qalibi seçilib (16.09.2022).