04 aprel 2023
198

Ədliyyə Nazirliyindən "Evim Tekstil" ə yarım milyonluq sifariş

Ədliyyə Nazirliyindən "Evim Tekstil" ə yarım milyonluq sifariş
Ədliyyə Nazirliyi xüsusi geyim formalarının alınması ilə bağlı tenderin nəticələrini elan edib.

Yenimeydan.info FED.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Evim Tekstil" MMC olub.
Qalib şirkətə 552 981 manat ödəniləcək.

Qeyd edək ki, "Evim Tekstil"MMC bundan əvvəl İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyinin 956 009 manat dəyərindəki "Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması" tenderinin qalibi seçilib (01.09.2022).

Şirkət 2020-ci ildən indiyədək 8 tenderin qalibi seçilib.