11 iyul 2023
165

Arayikin iki qızı və kürəkəni Qarabağdan qaçdılar - Ermənistan KİV

Arayikin iki qızı və kürəkəni Qarabağdan qaçdılar
Qarabağdakı separatçıların rəhbəri Arayik Hartutyunyanın iki qızı və kürəkəni Xankəndidən İrəvana qaçıblar. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə “Azg” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, Arayik Harutyunyanın yeni ailə qurmuş qızı toydan bir qədər sonra Xankəndini tərk edib. Qondarma “fövqəladə hallar dövlət xidməti”ndə işləyən kürəkəni isə bu yaxınlarda “işdən çıxarılıb” və o da həyat yoldaşının yanına, İrəvana köçüb. Amma qəzet onu da bildirir ki, baş separatçının kürəkəni və qızının İrəvanda yaşamadığına dair məlumatlar var. Güman edilir ki, onlar Ermənistan üzərindən ya Fransaya, ya da Rusiyaya köçüblər.

Harutyunyanın kiçik qızı isə İrəvan Dövlət Universitetinə qəbul olduğundan Ermənistanın paytaxtına köçüb.