07 iyul 2023
184
“BÜTÜN SİLAHLILAR ÇIXARILANA QƏDƏR…” – EKSPERT ANTİTERROR ANONSU VERDİ
Rusiya Müdafiə Nazirliyi Laçın yoluna “koridor” deyir, bizdən “koridorun” açılmasını və fasiləsiz fəaliyyətini tələb edir, hətta yolun girişində bizim bayrağımızı endiriblər – yaxşı, bütün bunların cavabı olacaqmı?! Paşinyan deyir ki, Xankəndi və ətrafında, Azərbaycan ərazisində Ermənistan ordusu yoxdur (son əməliyyatımız zamanı məhv edilən 4 terrorçudan 2-si Ermənistan doğumludur, Paşinyan və komandası deyir ki, onlar könüllüdür, ordu mənsubu deyillər), qondarma rejimin “rəsmiləri” isə açıq şəkildə deyirlər ki, Xankəndi və ətrafında silahlı qüvvələri var, o əlisilahlı terrorçuların olduğunu rəsmən bildirir, o quldurları isə Rusiya “sülhməramləları” açıq şəkildə dəstəkləyir və qoruyur.
Yaxşı, indi biz nə etməliyik?! Bir çoxları geniş anti-terror əməliyyatının zamanının yetişdiyini söyləyir, amma məncə, daha incə və hərbi-siyasi davranmalıyıq.Yenimeydan/info yazır ki, bu fikirlərlə Real Partiyasının üzvü Natiq Cəfərli çıxış edib. O bildirib ki, orada Ordumuz və digər güc strukturlarımız gündəlik anti-terror rejimində çalışırlar, yəni, minlərlə əsgəri bir yerə toplayıb irəli getməyə ehtiyac yoxdur:
“Azərbaycanın əlində faktlar, terrorçuların dislokasiyası var, ilk addım kimi Rusiyaya həmin faktlar nota ilə birgə təqdim edilir, 48 saat vaxt verilir ki, Rusiya 10 Noyabr sazişinə uyğun olaraq onları ərazidən çıxarsın, əgər çıxarmasalar nöqtə atışlarla məhv ediləcəyi qeyd edilməlidir. Hava məkanına şəksiz nəzarət edən Azərbaycan çox asanlıqla bunu edə bilər, pararalel olaraq Rusiyaya verilən görüntülər və nota müxtəlif dillərdə dünya ölkələrinə də çatdırılmalıdır. Və belə görüntü və rəsmi müraciət (tələb) hər gün rutin işə çevrilməli, bütün silahlılar bölgədən çıxarılana qədər davam etməlidir”.

Oxşar Xəbərlər:
QARABAĞQondarma rejim parçalandı... - Xankəndidə ilk dəfə baş verən hadisə
Prezident əfv sərəncamı imzaladı – SİYAHI
SEPAH-ın məxfi yığıncağı: Orduda daxili toqquşma var - Şok
Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat