30 iyun 2023
266

Makron Brüsseldəki sammiti təcili tərk edib

Fransa lideri Emmanuel Makron Aİ-nin Brüssel sammitini tərk edib və Fransadakı iğtişaşlar səbəbindən planlaşdırılan mətbuat konfransını ləğv edib.
Gözlənilir ki, Makron saat 13:00-da (Moskva vaxtı ilə 14:00) Fransada 17 yaşlı gəncin polis tərəfindən öldürülməsindən sonra baş vermiş iğtişaşlarla bağlı böhran qərargahının iclasına rəhbərlik edəcək.
Xatırladaq ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşı asayiş keşikçilərinin tələblərinə tabe olmaqdan imtina edən 17 yaşlı yeniyetməni güllələyib. İyunun 29-da xatirə yürüşü keçirilib, sonradan iğtişaşlara və polislə toqquşmaya çevrilib.
Fransa fövqəladə vəziyyət elan edə bilər
Eyni zamanda, “ağ yürüş”ün iştirakçıları Nanterre prefekturasına keçməyə cəhd ediblər, onlara qarşı gözyaşardıcı qazdan istifadə edilib. Yürüş sosial şəbəkələrdə vətəndaşları polis zorakılığına qarşı “üsyan təşkil etməyə” çağıran mərhum yeniyetmənin anası tərəfindən başlanıb.