13 iyun 2023
558
Cavanşir Quliyevdən nazirə ironiya – “Mənim nazirim...”
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksi xidmətinin bahalaşdırılacağına dair açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
İnsanlar sosial şəbəkələrdə və mediada bu sözlərinə görə naziri tənqid edib. Azərbaycanın tanınmış bəstəkarı Cavanşir Quliyev də onlar arasındadır.
Yenimeydan.info “Yeni Sabah”a istinadla bildirir ki, ünlü bəstəkar nazir haqqında sosial şəbəkə hesabında qeyd paylaşıb. Həmin qeyddə deyilir:
“Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev: “Dünyada ən ucuz taksi bizdədir, belə olmaz, bahalaşmalıdır!” Ha-ha-ha, mənim nazirim…”