23 aprel 2023
192
Güneylilər AP rəsmiləri ilə görüşür: İranda yeni sistem… - NƏ BAŞ VERİR?
Qeyri-fars Millətlər Cəbhəsi Aprelin 27-də Brüsseldə konfrans keçirəcək. İranda yaşayan millətlərin istəkləri və onların fars rejiminə qarşı mübarizələri baradə Avropa Parlamentinin rəsmiləri ilə müzakirələr nəzərdə tutulub.
Yenimeydan.info bildirir ki, bu sözləri Axar.az-a Qeyri-fars Millətlər Cəbhəsinin sədri Saleh İldırım deyib.
O bildirib ki, konfransda İranda hazırki rejimin çöküşündən sonra qurulacaq sistemin planı açıqlanacaq:
“32 maddədən ibarət geniş platforma hazırlanıb. Platformaya qoşulan 11 partiyadan 3-ü Azərbaycan təşkilatıdır. Bu proqramda İran İslam Respublikasının çöküşü, onun ardından yaranacaq müvəqqəti dövlətlərin təşkili ətraflı şəkildə izah olunub. Beynəlxalq qurumların nəzarəti ilə seçkilərin keçirilməsi prosesi, nəticələr və büdcənin düzgün paylaşılması kimi məsələlər də sənəddə öz əksini tapıb. Onu orada açıqlayacayıq. Bu platformaya cəhbə xaricində digər xalqların istiqlalçı partiyalarının nümayəndələri də imza atıblar".
Oxşar Xəbərlər:
“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ
SEPAH-ın məxfi yığıncağı: Orduda daxili toqquşma var - Şok
Tək millət, tək bayraq, tək lider – Güneyin yeni şüarı
Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
Şah oğlu niyə birdən-birə üzünü Güney Azərbaycana çevirdi – Maraq və müəmma